Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
20 Yanvar vətən övladlarının bir imperyanı əli yalın məğlub etdiyi tarix, bir qəhrəmanlıq dastanı

0

  •        1990-cı il qanlı 20 Yanvar hadisəsindən 33 il ötür. Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi hər il Azərbaycanda Ümumxalq Hüzn Günü kimi geniş yaddaşlarda saxlanılır. Həmin gün Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsini təcəssüm etdirir.Sovet İttifaqında uzun müddət davam edən tənəzzül tədricən iqtisadi böhranla əvəz olundu. Hökumətin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün əməli tədbirlər görməməsi və digər neqativ addımlar nəticəsində insanların haqlı narazılıqları artıb. Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağda separatizm meyillərinin güclənməsi onsuz da mürəkkəb olan sosial-siyasi vəziyyəti daha da pisləşdirir. Yuxarıda sadalanan amillər fonunda Azərbaycan xalqının müstəqillik arzusunun gerçəkləşməsi üçün zəmin yaranırdı.Beləliklə, bir tərəfdən Azərbaycan xalqının milli-azadlıq hərəkatının canlanması, digər tərəfdən ölkədə ictimai-siyasi vəziyyətin pisləşməsi Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı kobud tədbirlər görməsinə bəhanə oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olan sovet qoşunları küçələrdə etiraz aksiyası keçirən dinc əhaliyə ağır texnika və müxtəlif silahlardan atəş açıb. Həmin gecə sovet əsgərləri tərəfindən Bakının müxtəlif rayonlarında 121 nəfər həlak olub, 700-dən çox insan yaralanıb. Həmin dövrdə ümumilikdə 147 nəfər şəhid olub, yaralananlar arasında 25 qadın və 20 uşaq da var.Həmin günlərdə özünün və ailə üzvlərinin həyatını təhlükəyə atan ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin Azərbaycanda törətdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, günahsız insanların qətlə yetirilməsinə etirazını bildirmişdir. insanlar, törədilmiş cinayətə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb etmiş və Azərbaycan xalqının kədərini bölüşmüşlər. Qanlı Yanvar hadisələrinə ilk həqiqi siyasi qiyməti ümummilli lider Heydər Əliyev verdi.Sonralar xalqın təşəbbüsü ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xiyabanda “Əbədi məşəl” abidə kompleksi ucaldılıb. azadlıq uğrunda döyüşlərdə həlak olanların xatirəsinə həsr olunmuş Şəhidlər. Həmçinin Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Sərəncamı ilə faciə qurbanlarına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına  əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.Sovet qoşunlarının ədalətsizliyə qarşı səsini ucaldan dinc sakinləri qətlə yetirdiyi Qanlı Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, həm də ümumbəşəri dəyərlərə, bəşəriyyətə qarşı törədilmiş cinayət idi.1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, xalq gücləndi, düşmənin gözünə baxdı. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları və qızları Azərbaycan tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığına, müstəqilliyinə yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Nihal Atsizin dediyi kimi Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün Allah şəhidlərimizə rəhmət etsin .Arif Nəcəfov,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib53 dəfə
    20 Yanvar vətən övladlarının bir imperyanı əli yalın məğlub etdiyi tarix bir qəhrəmanlıq dastanı

    Maraqlı gələ bilər
    53
    42